RU

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

Ukrayna beynəlxalq mahnı müsabiqəsi “Eurovision-2026” üçün rəsmi olaraq iştirakçısını müəyyən edib.

Bizim.Media xəbər verir ki, Ukraynada milli seçimin qalibi LELEKA adlı ifaçı olub. O, Ridnym mahnısı ilə qalib gəlib — bu kompozisiya yaxınlarla əlaqə, gələcəyə inam və köklərini qoruyaraq irəliləmə gücü haqqındadır.

Müsabiqədə on mahnı yarışıb və nəticə hakimlərin və tamaşaçıların səsverməsi əsasında müəyyənləşib.

Ridnym hər iki tərəfdən maksimum xalları toplayaraq sənətçiyə mayda Vyanada keçiriləcək 70-ci “Eurovision” müsabiqəsində iştirak haqqı qazandırıb.
 

LELEKA — müğənni və mahnı müəllifi Viktoriya Lelekanın musiqi layihəsidir; 2016-cı ildə Berlin şəhərində yaradılıb. O, İ.K. Karpenko-Karogo adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini bitirib və karyerasına Kiyev gənc teatrında aktrisa kimi başlayıb.


Sonradan sənətçi musiqiyə fokuslanıb, Drezden və Babelsberq Kino Universitetində kompozisiya üzrə magistr dərəcəsi alıb. Son on ildə LELEKA beş albom, çoxsaylı sinqllər çıxarıb və Ukraynanın məşhur “İ budou lyudi” dram serialı üçün saundtreklər hazırlayıb.


Bizim.Media

Избранный
50
bizim.media

1Источники