RU

Yaşar Güler: Gündəlikdə Türkiyə qoşunlarının Suriyadan çıxarılması məsələsi yoxdur

Ankara, 9 fevral, AZƏRTAC

Türkiyə qoşunlarının Suriyanın şimalındakı antiterror əməliyyatları zonasından çıxarılması məsələsi hazırda müzakirə mövzusu deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

Bəzi media orqanlarında sözdə “Suriya Demokratik Qüvvələri”nin Suriya hökumət qüvvələrinə inteqrasiyası ilə bağlı razılaşma əsasında Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Güler qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricində yerləşdirilməsi qərarı dövlət səviyyəsində qəbul edilir. “Hazırkı mərhələdə güdəlikdə belə bir məsələ yoxdur. Heç bir qərar qəbul edilməyib”, - deyə müdafiə naziri vurğulayıb.

Türkiyənin özündə antiterror əməliyyatlarına gəldikdə, Güler qeyd edib ki, Türkiyə ərazisində cinayətkar təşkilatların üzvlərinin fəaliyyətində artım qeydə alınmayıb. “Eyni zamanda, biz hər hansı bir varianta hazırıq və alternativ fəaliyyət planları hazırlamışıq”, - deyə nazir əmin edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
24
2
azertag.az

3Источники