RU

Sergey Lavrov: Rusiyaya qarşı qlobal müharibə başlayıb

BAKI, 9 fevral. TELEQRAF

“Qərb Rusiya əleyhinə qlobal müharibəyə başlayıb və onun tərəfdaşlarını cəzalandırmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizə qarşı açılmış qlobal müharibə və Qərbin tərəfdaşlarımızı cəzalandırmaq cəhdləri, onların bizimlə ticarət və hərbi-texniki əməkdaşlığı dayandırmağa məcbur edilməsi şəraitində daxili inkişaf üçün əlverişli şərait yaratmaq bizim üçün, məsələn, 10-15 il əvvələ nisbətən xeyli çətindir. Amma bu, vəzifələrin aktuallığını azaltmır. Rusiya Prezidenti Vladimir Putinin üzərimizə qoyduğu bu vəzifələri layiqincə yerinə yetirmək üçün hər şeyi edirik”, - Lavrov vurğulayıb.

Избранный
55
teleqraf.com

1Источники