RU

17 yaşlı qızı donuzlara yedizdirən rusiyalı 23 il həbs cəzasına məhkum edilib

Krasnoyarsk diyar məhkəməsi 17 yaşlı məktəbli qızın donuz tövləsində tapılan cəsədi ilə bağlı iş üzrə hökm çıxarıb. Oxuməni.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə diyar məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, qızın atasının yanında işləyən təqsirləndirilən şəxs, sərxoş halda qisas almaq məqsədilə onun evinə gəlib. Ev sahibi evdə olmagığından onun qızını döyüb, qiz huşunu itirdikdən sonra cinayətin izlərini gizlətmək üçün onu donuz tövləsinə atıb. Heyvanlar zərərçəkənə ölümcül xəsarətlər yetirib – onun bud arteriyasını dişləyiblər.

Cinayət işi hakimlər heyətinin iştirakı ilə baxılıb. Onlar yekdilliklə kişini təqsirli bilərək, mərhəmətə layiq olmadığını qeyd ediblər. Məhkəmənin hökmü ilə ona 23 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, həmçinin ölən şəxsin yaxınlarına 6,1 milyon rubl kompensasiya ödəməli olacaq.

Almaz Həsənli

Избранный
28
1
oxumeni.az

2Источники