RU

Ürək və damarlar üçün təhlükəli olan məhsullar hansılardır? ARAŞDIRMA

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Bəzi qida məhsulları qanda “pis” xolesterinin səviyyəsini yüksəldərək damarların aterosklerozu kimi həyati təhlükəli xəstəliklərə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya dosent Olqa Tarasova məlumat verib.

Onun sözlərinə görə, ən təhlükəli qida qrupu transyağlardır. Bunlar hidrogenləşdirilmiş, süni şəkildə dəyişdirilmiş bitki yağlarıdır və sağlamlıq üçün ən zərərli hesab olunur. Transyağlar aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsini artırır, eyni zamanda “yaxşı” xolesterin sayılan yüksək sıxlıqlı lipoproteinləri (HDL) azaldır və damarları zədələyən iltihabi proseslərə yol açır. Bu qrupa marqarinlər, spredlər, ucuz şirniyyat və un məmulatları (peçenye, kruassanlar), kartof fri, çipslər, fritür məhsulları, bəzi popkorn və konfet növləri daxildir. Həkim etiketlərdə “qismən hidrogenləşdirilmiş yağlar” ifadəsinə xüsusi diqqət yetirilməsini tövsiyə edib.

İkinci riskli qrup doymuş yağlardır. Tarasovanın sözlərinə görə, bu yağlar normadan artıq qəbul edildikdə qaraciyərdə xolesterin sintezini artırır. Onların əsas mənbələri yağlı qırmızı ətlər (donuz, qoyun əti, mal döş əti), piy, kərə yağı, palma və kokos yağları, həmçinin yağlı süd məhsullarıdır (yağlı pendirlər, qaymaq, xama). Həkim bildirib ki, bu yağları tamamilə rasiondan çıxarmaq düzgün deyil, lakin gündəlik kalori miqdarının 7–10 faizindən çoxunu təşkil etməməlidir.

Üçüncü qrup isə asan mənimsənilən karbohidratlar və əlavə şəkərlə zəngin məhsullardır. Bu qidalarda birbaşa xolesterin olmasa da, onların həddindən artıq qəbulu insulin səviyyəsində kəskin artıma səbəb olur. İnsulin isə qaraciyərdə xolesterin sintezində əsas rol oynayan fermenti aktivləşdirir. Bundan əlavə, artıq qlükoza trigliseridlərə çevrilir. Bu qrupa şəkər, şirin qazlı içkilər, paketlənmiş şirələr, ağ undan hazırlanan un məmulatları, ağ düyü və şirniyyatlar daxildir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
redaktor.az

2Источники