RU

40 milyon azərbaycanlının taleyi sual altındadır Bakı hazırlıq görür

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hazırda İranda baş verə biləcək mümkün siyasi və hərbi proseslərin region ölkələrinə, o cümlədən Azərbaycana təsir göstərəcəyi istisna edilmir. Xüsusilə İranla geniş sərhədə malik olan Azərbaycan üçün əsas risklərdən biri potensial qaçqın axını ilə bağlıdır. Belə bir axın nəzarətsiz olacağı təqdirdə ciddi humanitar fəlakətə səbəb ola bilər. Bu baxımdan mümkün ssenarilər və önləyici tədbirlər müzakirə edilir.Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, İranda mövcud olan gərginlik, həm ölkə daxilindəki vəziyyət, həm də ABŞ-İran və İsrail-İran münasibətlərinin kəskinləşməsi müharibə riskini xeyli artırır:“Bu vəziyyət bütövlükdə region üçün ciddi təhlükə yaradır, regional sülh və sabitliyə açıq təhdid formalaşdırır. Region ölkəsi və İranla geniş sərhədə malik dövlət kimi Azərbaycan da bu gərginliklə bağlı narahatlığını ifadə edib. Prezident İlham Əliyev həm İran Prezidenti ilə telefon danışığında, həm də bu gün İranın müdafiə naziri ilə görüşü zamanı mövqeyini açıqlayıb, sülhün və sabitliyin qorunması istiqamətində Azərbaycanın verə biləcəyi töhfələrlə bağlı fikirlərini bildirib. Mümkün hərbi qarşıdurma ilk növbədə İranda, o cümlədən Cənubi Azərbaycanda yaşayan təxminən 40 milyon soydaşımız üçün ciddi humanitar problemlər yarada bilər. Türkiyə və Azərbaycan kimi qonşu ölkələrə qaçqın axını riski də istisna edilmir. Bu risk kifayət qədər yüksək qiymətləndirilir və Türkiyə tərəfi artıq bu mövzu ilə bağlı öz mövqeyini açıqlayıb. Mümkün ssenarilər nəzərə alınaraq, önləyici tədbirlərin planlaşdırıldığı bildirilir. Xüsusilə İran-Türkiyə sərhədində bufer zonanın yaradılması, qaçqınların qarşılanması, onların sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması və humanitar fəlakətin qarşısının alınması istiqamətində addımlar nəzərdə tutulur”.O bildirib ki, eyni risk Azərbaycan üçün də mövcuddur:“Belə bir böhran vəziyyəti yaranacağı təqdirdə, Azərbaycan-İran sərhədində, mümkün qədər İran ərazisində bufer zonanın yaradılması məqsədəuyğun hesab olunur. Çünki böyük qaçqın axını humanitar böhrana, eyni zamanda ölkə daxilində müəyyən gərginliklərə səbəb ola bilər. Bu baxımdan, qabaqlayıcı tədbirlərin görülməsi vacib sayılır. Azərbaycan dövləti və müvafiq qurumlar mümkün risklərə qarşı önləyici tədbirlər planına malikdir. Müxtəlif ssenarilər və variantlar mövcuddur və hər bir ehtimal üzrə yarana biləcək risklərə hazır olmaq lazımdır. İlk növbədə isə qaçqın axını nəticəsində yarana biləcək humanitar böhran ssenarisinə hazırlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İranla sərhəd ölkədir və orada yaşayan soydaşlarımızla bağlı risklər mövcuddur. Məhz buna görə də bu məsələlərə əvvəlcədən hazır olmaq zəruridir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
66
demokrat.az

1Источники