RU

Oğurladığı pulla bazarlıq edən cibgir kameraya düşdü; polis həbs etdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.

Avtosfer.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Oxunub 312

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
18
avtosfer.az

10Источники