BAKI, 9 fevral. TELEQRAF
Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Nurlanbek Turqunbek-ulu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun dəvəti ilə fevralın 9-11-də Türkiyədə rəsmi səfərdə olacaq.
Teleqraf xəbər verir ki, Nurlanbek Turqunbek-ulu Joqorku Keneşinin sədri vəzifəsinə yenidən seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək və burada bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Joqorku Keneş sədrinin Türkiyə Böyük Millət Məclisinin sədri ilə parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyi və ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.