RU

Psixoloq arıqlamağın sirləriniAÇIQLADI

Birgə məşqlər və ya eyni məqsədi olan insanlarla ünsiyyət çəki atma prosesini sürətləndirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında psixoloq Dmitri Deulin bildirib.

Onun sözlərinə görə, bu zaman “rəqabət effekti” işə düşür və sağlam rəqabət daha yaxşı nəticələr əldə etməyə motivasiya yaradır. Psixoloq qeyd edib ki, ortaq məqsədləri olan və bir-birini dəstəkləyən komandanın mövcudluğu xüsusi əhəmiyyət daşıyır.

Deulin vurğulayıb ki, ailə üzvü, dost və ya onlayn qrup insanın irəliləyişini izləyə, onu ruhlandıra və məqsədə sadiqliyini artıra bilər. Bundan əlavə, arıqlama proqramına başlamazdan əvvəl planı yaxın və etibarlı biri ilə bölüşmək, müsbət rəy və məsləhət almaq motivasiyanı daha da gücləndirir.

Psixoloq həmçinin bildirib ki, çəki itirmə prosesində əldə olunan nəticələrin başqaları tərəfindən vizual olaraq müşahidə edilməsi və qiymətləndirilməsi vacibdir. Tərif, dəstək və müsbət rəylər güclü motivator rolunu oynayır.

Mütəxəssis sağlamlıq və çəki göstəricilərinin mütəmadi izlənilməsinin, qidalanma planının əvvəlcədən hazırlanmasının psixoloji rahatlıq yaratdığını da qeyd edib. Bu, müsbət dəyişiklikləri daha asan görməyə və lazım gəldikdə proqramı korrektə etməyə imkan verir.

Eyni zamanda, artıq yeməyə səbəb olan mənfi mühit və situasiyalardan uzaq durmaq tövsiyə olunur. Deulinin sözlərinə görə, emosional özünənəzarət üsulları və ya mütəxəssislərlə keçirilən xüsusi təlimlər özünə inamı artırmağa, stressə davamlılığı gücləndirməyə və narahatlığı azaltmağa kömək edə bilər.

Nuriyyə NATİQQIZI

Избранный
67
1
redaktor.az

2Источники