RU

Hamı elə bilir 20 yaşı var

Bir çox insan 50 yaşı tamamlamağı qocalmanın başlanğıcı hesab edir. Edson Brandao isə sanki bu fikri təkzib etmək üçün doğulub.
Metbuat.az xəbər verir ki, 58 yaşlı braziliyalını şəxsən tanımayanlar onun 20 yaşlarında olduğunu düşünə bilərlər. Bu şəxsi yaxından tanıyanlar isə gənc görünüşünün sirrinin botoks, yoxsa kosmetik cərrahiyyə ilə bağlı olduğunu ayırd etməyə çalışırlar. Özünü “qocalma əleyhinə mütəxəssis” kimi təqdim edən Brandao bu iddiaları qəti şəkildə rədd edir. “Daily Mail” qəzetinə danışan Brandao “Mən heç vaxt estetik əməliyyat etdirməmişəm. Həyatımda bir dəfə də botoks etdirməmişəm. Mənim sirrim ardıcıllıqdır. Bunu hər kəs edə bilər” deyib. Bir neçə gün sonra 59 yaşı tamam olacaq Brandao gənc yaşlarında sağlamlığına laqeyd yanaşdığını etiraf edib. Brandao 40 yaşına çatanda düşüncə tərzinin dəyişdiyini bildirib:“Mən başa düşdüm ki, insan bir gecədə qocalmır. Qocalma gündəlik vərdişlərdən qaynaqlanır. Bilirdim ki, özümə qulluq etməyə başlamasam, bunu sonradan hiss edəcəyəm. Mənim sirrim sağlam həyat tərzidir. Çox sağlam qidalanıram”. Buna görə də, son 18 ildə ciddi bir rejimə riayət etdiyini bildirən Brandao, idmanı zərurət kimi gördüyünü, hər gün idman zalına getdiyini və ağırlıq qaldırma məşqlərini kardio məşqləri ilə birləşdirdiyini söyləyib: “Həddindən artıq işləməyə ehtiyac yoxdur. Əsas olan idman zalına müntəzəm getməkdir”.

Elm də Brandaonu dəstəkləyir. 2024-cü ildə Mayo Klinikasında aparılan və 197 nəfərin əzələ toxumasını araşdıran bir təhdqiqat idmanın əzələ liflərindəki yaşla əlaqəli dəyişiklikləri geri qaytardığını sübut edib.

Избранный
61
1
metbuat.az

2Источники