RU

MMA döyüşçüsü rəqibinin qulağını dişlədi - VİDEO

BAKI, 9 fevral. TELEQRAF

Çexiyanın Brno şəhərində keçirilən MMA turnirində bir döyüşçü məşhur Mayk Taysonun “hərəkətini” təkrarlamağa çalışıb.

Teleqrafın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Vatslav Mikulaşek Pavol Vaskoya qarşı təkkadovn (yerə salma) etməyə çalışarkən, Vasko onu sol qulağından dişləyib.

Şoka düşən idmançıdan qan axmağa başlayıb, Vasko isə qaçmalı olub. Bu zaman zərərçəkmişin köməkçiləri, tamaşaçılar və digər döyüşçülər Vaskoya hücum edib, üzərinə stul atıblar.

Qeyd edək ki, Klash MMA promosyonu əsas döyüşü heç bir məhdudiyyət qoyulmayan döyüş kimi reklam etmişdi.

Избранный
57
1
teleqraf.com

2Источники