RU

Portuqaliyanın yeni prezidenti bəlli oldu

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Portuqaliyada müxalifətdə olan Sosialist Partiyanın (PS) namizədi Antonio Joze Seguro prezident seçilib.

"Cebheinfo.az" xəbər verir ki, Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 66,2 faizini toplayan müxalif Sosialist Partiyanın namizədi Antonio Joze Seguro dövlət başçısı olub.

Portuqaliyada 11 milyondan çox seçici, iki ardıcıl müddət prezidentlik etdikdən sonra yenidən namizəd ola bilməyən Marselu Rebelu di Souzanın yerinə keçəcək yeni prezidenti seçmək üçün səsvermədə iştirak edib.

Milli Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Seguro səslərin 66,2 faizini, ifrat sağçı Çega Partiyasının lideri Andre Ventura isə 33,8 faizini qazanıb.

Bu nəticələrlə 63 yaşlı Seguro, Portuqaliyanın 1974-cü ildən sonrakı demokratiya tarixində 8-ci prezidenti olub.Baş nazir Luiş Monteneqru ikinci tur seçkilərində qalib gələn Antonio Joze Seguronun prezident seçildiyini açıqlayıb.

Portu şəhərində jurnalistlərə açıqlama verən Monteneqru, partiyasının prezident seçkilərində ağır məğlubiyyətə uğramasına baxmayaraq, azlıq hökumətinin fəaliyyətini davam etdirəcəyini bildirib və portuqaliyalıların sabitlik istədiyini vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
1
cebheinfo.az

2Источники