RU

İranda etirazları dəstəkləyən bir neçə siyasətçi saxlanıldı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yanvar ayında etirazçıları dəstəklədiklərinə görə, İranda bir neçə siyasi xadim saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

“Tehran prokuroru yanvar ayında baş verən terror aktlarını (İran hakimiyyəti iğtişaşları belə adlandırır - red.) ağlasığmaz şəkildə ört-basdır edən və ölkənin təhlükəsizliyinə təsir edən siyasi və media hərəkatının üzvlərini cinayət törətməkdə ittiham edib”, - deyə məlumatda qeyd edilib.

Məlumata görə, həmçinin siyasətçilərin İsrail və ABŞ-ni dəstəklədikləri bildirilir.

Agentliyin məlumatına görə, bu, İran İslahat Cəbhəsinin son rəhbəri Azər Mənsuri, İran Xarici İşlər Nazirliyinin keçmiş nazir müavini Möhsün Əminzadə, eləcə də siyasi fəal və ölkə parlamentinin üçüncü çağırışının (1988-1992) üzvü İbrahim Əsgərzadə ola bilər. O, siyasi karyerasının əvvəlində 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini ələ keçirən iranlı tələbələr qrupunun liderlərindən biri olub.

Qeyd edək ki, fevralın 1-də İranın Ali Dini Lideri Əli Xamenei İrandakı son iğtişaşları dövlət çevrilişi cəhdi hesab etdiyini bildirib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İran rialının devalvasiyası ilə ölkədə kütləvi etiraz dalğası başlayıb. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçılara qarşı gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib. Ölkənin Xarici İşlər Nazirliyi ABŞ və İsraili etirazlarda iştirak etməkdə günahlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
yeniavaz.com

6Источники