RU

Bakıda imam Mehdi ilə bağlı məclis keçirildi İlahiyyatçıdan açıqlama

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Binə kəndində yerləşən məscidlərdən birində İmam Zaman ağanın mövludu münasibətilə keçirilən mərasim ictimai müzakirələrə səbəb olub. Mərasimlə bağlı çəkilmiş video görüntülər sosial şəbəkələrdə yayılıb və müxtəlif fikirlərin səslənməsinə yol açıb. Məsələ ətrafında həm dini, həm də ictimai müstəvidə fərqli yanaşmalar mövcuddur.Bu barədə ilahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlama verib. O bildirib ki, İslam dinində insanların fərdi düşüncələri, mental yanaşmaları və ya müxtəlif şəxslərin öz məntiqlərinə əsaslanaraq gəldiyi nəticələr halal və haramı müəyyən etmir:“Halal və haramı Allah-Təala müəyyən edir. bunu Peyğəmbəri vasitəsilə bildirir, imamlar təbliğ edir, dini kitablarda qeyd olunur və böyük alimlər bu mövzuda açıqlamalar verirlər. Heç bir fərdin istər ziyalı olsun, istər ruhani, istərsə də müctəhid Allahın halal buyurduğunu haram, ya da haram buyurduğunu halal etməyə ixtiyarı yoxdur. Bu baxımdan, belə məclislərin uyğun olub-olmadığını müəyyən etmək üçün dini hökmlərə baxmalıyıq, yoxsa şəxsi fikirlərimizə deyil. Əsas prinsip budur ki, Allah tərəfindən açıq şəkildə qadağan olunmayan əməllərə icazə verilir. Əgər belə məclislərdə Allah-Təalanın qadağan etdiyi hər hansı bir nüans mövcuddursa, o zaman həmin məclislər haram sayılar. Yox əgər dini baxımdan qadağan olunmuş bir əməl tapılmırsa, onları haram adlandırmağa ixtiyarımız yoxdur. Çünki bu, Allah qarşısında cavabdehlik deməkdir: bir bəndənin Allahın halal bildiyini haram hesab etməyə nə haqqı var?”.O deyib ki,  belə məclislər haqqında qəti şəkildə “haramdır” demək çətindir:“Bəzi fikirlərə görə, məsələn, İmam və ya Peyğəmbərin adı ilə keçirilən məclislər daha ağır və ciddi olmalıdır. Lakin bu mövzuda da müxtəlif mübahisələr mövcuddur. Xüsusilə yeni nəsil bu yanaşmanı tam qəbul etmir. Onlar bildirirlər ki, sevinməyə və şadlıq etməyə onların da haqqı var. Bu nöqtədən baxanda da məsələni qəti şəkildə hökm altına almaq çətinləşir. Bu vəziyyət bir qədər İslamda musiqi məsələsinə bənzəyir. Musiqinin də halal olanı var, haram olanı var. Əgər hansı musiqinin halal, hansının haram olduğunu dəqiq ayırd edə bilmiriksə, bu mövzuda hökm verməyə də ixtiyarımız yoxdur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
demokrat.az

1Источники