RU

Nurlan Əzizbəylidən oğlunun hərbi xidmətdən qayıtmağı xəbərinə REAKSİYA

Mətbuatda müğənni Nurlan Əzizbəylinin oğlu Mehranın hərbi xidmətdən yeni qayıtdığı ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Canım oğlum, xoş gəldin. Qovuşdurana şükür" deyə, Əzizbəyli qeyd edib.

BAKU.WS xəbər verir ki, ifaçının övladı Mehran hərbi xidmətə 2023-cü ilin oktyabrında yollanıb. Belə olan halda, o ötən il hərbi xidmətdən qayıtmalı idi.

Nurlan Əzizbəyli bununla bağlı BAKU.WS-ə açıqlama verib. Sənətçi qeyd edib ki, mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sözügedən paylaşım isə köhnədir. Mehran 2025-ci ilin aprelində hərbi xidmətdən qayıdıb.

Избранный
62
1
far.az

2Источники