RU

Çövkən dünya çempionatına daha iki komanda vəsiqə qazandı

Çövkən üzrə Cənubi Amerika çempionatı Argentinada möhtəşəm idman atmosferi fonunda başa çatdı və bununla da dünya çempionatına vəsiqə qazanan növbəti komandalar müəyyənləşdi.

Beynəlxalq Çövkən Federasiyasından Publika.az-a bildirilib ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən turnir qitənin ən güclü yığmalarını bir araya gətirərək yüksək temp, dramatik qarşılaşmalar və son saniyələrə qədər davam edən gərgin mübarizə ilə yadda qaldı. Hər oyun təkcə xal uğrunda deyil, dünya çempionatına çıxış naminə aparılan əsl xarakter sınağı idi.

İlk dəfə təşkil edilən qitə çempionatının birinci günündə keçirilən qarşılaşmalar artıq yüksək rəqabətin anonsu oldu. Argentina və Uruqvay komandaları arasında baş tutan görüş 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə yekunlaşdı. Digər matçda isə Çili yığması Kolumbiyanı 3:1 hesabı ilə məğlub edərək inamla finala adladı.

Yarışın son günündə isə gərginlik maksimum həddə çatdı. Üçüncü yer uğrunda oyunda Argentina Kolumbiyanı 3:2 hesabı ilə məğlub edərək turniri bürünc medalla başa vurdu. Günün əsas qarşılaşmasında isə Uruqvay və Çili üz-üzə gəldi. Final oyunu əsl idman dramına çevrildi və 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə nəticələndi.

Beləliklə, Uruqvay yığması qitə çempionatının qalibi olaraq birbaşa dünya çempionatına vəsiqə qazandı. Çili komandası isə ikinci yeri tutaraq qitəni dünya səhnəsində təmsil etmək hüququ əldə etdi.

Избранный
29
11
publika.az

10Источники