RU

Liseydə güllələnən müəllimin durumu açıqlandı

Fevralın 6-da Bakıda yerləşən “İdrak” liseyində şagirdin güllələdiyi müəllim Şəhla Kamilovanın son durumu açıqlanıb.  

NOCOMMENT.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, hazırda onun müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsində davam etdirilir.

Müəllimin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Yaralı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Aparılan diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şagird barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Избранный
7
2
nocomment.az

3Источники