RU

“Təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı tədbirlər həyata keçiriləcək”

“Bu günə qədər Kibertəhlükəsizlik Mərkəzində 380-dən çox yüksəkixtisaslı mütəxəssis yetişdirilib və ümumilikdə 10 mindən çox şəxs burada təlim proqramlarına cəlb olunub”.

"Cebheinfo.az" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə yerli təhsil müəssisələri ilə əməkdaşlıq edilir: “Həm özəl, həm dövlət sektoru ilə güclü əməkdaşlıq var və məzunların 86%-i bu gün işlə təmin olunub. Bununla yanaşı, mərkəzdə yerli məhsulların hazırlanması istiqamətində də tədbirlər görülür və bu günə qədər artıq 5 yerli məhsul hazırlanaraq bazara təqdim edilib. Bu gündən sonra da biz bu modeli inkişaf etdirəcəyik. Ölkənin bütün təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı tədbirlər həyata keçiriləcək və onu da qeyd etmək istəyirəm ki, artıq bu mərkəzə xarici ölkələr tərəfindən də ciddi maraq var. Qazaxıstan və bir çox ölkələrlə bu modelin xaricə ixrac edilməsi istiqamətində işlər aparılır”.

"Cebheinfo.az"

Избранный
55
cebheinfo.az

1Источники