RU

İRİA rəsmisi: Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq reytinqdə yüksəlir

Bakı, 9 fevral, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqının açıqlamasına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son dövrlərdə 40 pillə irəliləyib və dünya ortalamasının üzərinə çıxıb. Bu inkişaf milli strategiyanın qəbul olunması, kadr potensialının artırılması və dövlət qurumlarında fəaliyyətin yenidən təşkil edilməsi sayəsində mümkün olub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyəti sədrinin müavini Şahin Əliyev deyib.

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 380-dən artıq yüksəkixtisaslı mütəxəssisin yetişdirildiyini qeyd edən Şahin Əliyev qeyd edib ki, 10 mindən çox şəxs müxtəlif təlim proqramlarına cəlb olunur: “Mərkəzdə həm dövlət, həm də özəl sektorla əməkdaşlıq güclü şəkildə davam edir və məzunların 86 faizi artıq işlə təmin olunub. Həmçinin yerli məhsulların hazırlanması istiqamətində tədbirlər həyata keçirilib, 5 yerli məhsul bazara təqdim olunub”.

Onun sözlərinə görə, mərkəzdə hazırlanmış kibertəhlükəsizlik məhsullarına xarici ölkələrdən ciddi maraq göstərilir: “Xüsusilə “Cypho” məhsuluna Türkiyə və bir sıra Avropa ölkələrindən tələbat olduğu qeyd edilir. Həmçinin Mərkəzi Asiya və Afrika ölkələrindən də maraq yüksəkdir”.

Şahin Əliyev vurğulayıb ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik təhsilinin və məhsullarının inkişafında öncül rol oynayır və bu model gələcəkdə xarici ölkələrdə də tətbiq olunacaq.

Избранный
56
2
azertag.az

3Источники