RU

Millət vəkili Asif Əsgərov vətəndaş qəbulu keçirib - FOTOLAR

Millət vəkili Asif Əsgərov Zaqatala rayonunda şəhid ailəsini ziyarət edib və Mamrux kəndində vətəndaş qəbulu keçirib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid Laçınov Əhmədin ailəsi millət vəkili Asif Əsgərov tərəfindən ziyarət olunub. Ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri yerində öyrənilib.

Millət vəkili bildirib ki, şəhid ailələri xalqımız üçün müqəddəs əmanətdir,onların diqqətdə saxlanılması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Daha sonra millət vəkili növbəti vətəndaş qəbulunu Zaqatala rayonunun Mamrux kəndində keçirib. Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı kənd sakinlərini narahat edən əsas məsələlər — elektrik enerjisi, qazlaşma və digər sosial problemlər dinlənilib, müraciətlər yerində müzakirə olunub. Qaldırılan bəzi məsələlər yerində həllini tapıb,millət vəkikinin səlahiyyəti çərçivəsində olmayan məsələlər isə müvafiq qurumlara yönləndirilib və nəzarətə götürülüb.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasında aztəminatlı ailələrə maddi yardım da göstərilib.

Görüşlərin sonunda həm şəhid ailəsi, həm də Mamrux kəndinin sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Избранный
20
5
sabahinfo.az

6Источники