RU

Qızılın qiyməti 5000 dolları ötüb

Qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 1,11% artaraq 5035 ABŞ dollarına bərabər olub. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5.85% artaraq 81.39 ABŞ dolları olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü rəsmi məlumatına görə, ölkədə qızılın bir qramının (999 əyyar) qiyməti 270 manat həddini keçib.

Aytac

Избранный
22
49
anews.az

10Источники