RU

ATMU-da nümunəvi dərs keçirildi - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

"Unikal" xəbər verir ki, təlimin məqsədi müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətindən söz açılıb.

Mərkəzin əməkdaşları mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına məlumat verib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdiriblər.

Избранный
63
unikal.az

1Источники