RU

"Xankəndi" bu gün növbəti oyununa çıxır

Azərbaycan 2-ci Liqa təmsilçisi "Xankəndi" mövsümün ikinci hissəsinə hazırlığını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qarabağ təmsilçisi bu gün Region Liqasında mübarizə aparan "Zəngəzur" ilə yoxlama oyununa çıxacaq.

Görüş saat 11:00-da Bakıxanov qəsəbə stadionunda baş tutacaq. 

Turnir cədvəlində lider "Qaradağ Lökbatan"dan əlavə göstəricilərə görə geri qalan (hər iki komandanın 39 xalı var) "Xankəndi" fevralın 16-da daha bir sınaq matçına çıxacaq. Həmin gün rəqib 2-ci Liqanın iddialı kollektivlərindən sayılan "Şirvan" olacaq. 

"Xankəndi" yanvarın 29-da keçirdiyi yoxlama oyununda "Səbail"ə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Qarabağ təmsilçisi qış fasiləsində Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib. Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.

Mirağa

Избранный
50
1
fanat.az

2Источники