Bakı. Trend:
Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisindəqızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci PolisŞöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsindəcibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlıPünhan Umudov müəyyən edilərək saxlanılıb.
Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manatasatdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-verişetdiyini bildirib.
Araşdırmalar davam etdirilir.