RU

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb: iki nəfər yaralanıb

Cənubi Koreyada hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

Yonhap xəbər agentliyinin məlumatına görə, insident ölkənin Gyeonggi əyalətinin Gapyeong rayonu ərazisində baş verib. Helikopter Seuldan təxminən 55 kilometr şimal-şərqdə yerə düşüb.

Editor.az xəbər verir ki, agentliyin açıqlamasında bildirilib: “Helikopterin göyərtəsində olan iki nəfər ağır xəsarət alıb. Zərərçəkənlər ürək fəaliyyətinin dayanması riski ilə əlaqədar təcili olaraq tibb müəssisəsinə çatdırılıblar”.

Jurnalistlərin əldə etdiyi məlumata görə, qəzaya uğrayan hava nəqliyyatı vasitəsi AH-1S tipli hərbi helikopter olub. Səlahiyyətli qurumlar hadisə yerində yanğın və ya partlayış qeydə alınmadığını bildiriblər.

//Gülnarə Abasova, Editor.az

Избранный
54
editor.az

1Источники