RU

Nigeriyada dəhşətli yol qəzası: 30-dan çox insan həlak olub

Nigeriyada dəhşətli yol qəzası: 30-dan çox insan həlak olub

Nigeriyanın şimal-şərqində yerləşən Kano ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 30-dan çox insan həyatını itirib, çox sayda yaralı var.

AFN.az xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Abba Yusufa istinadən "Daily Post" qəzeti yayıb.

İlkin məlumatlara görə, hadisə Qudjunqu şəhərinə gedən magistral yolun Quanar-Barde yaşayış məntəqəsi yaxınlığından keçən hissəsində qeydə alınıb. İnsan daşıyan qoşqulu yük maşınının (treyler) sürücünün ehtiyatsızlığı ucbatından qəzaya uğradığı bildirilir.

Qəza nəticəsində xəsarət alanlar təcili tibbi yardım göstərilməsi üçün ştatın müxtəlif xəstəxanalarına çatdırılıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Nigeriyada bu cür ağır qəzalara tez-tez rast gəlinir ki, buna da əsasən yolların bərbad vəziyyəti, texniki cəhətdən nasaz nəqliyyat vasitələri və sürücülərin qayda pozuntuları səbəb olur.

Избранный
65
afn.az

1Источники