RU

200 il öncə Qafqaza səyahət edən alman alimi Yulius fon Klaprotun Azərbaycan HAQQINDA-FOTO

Sizlərə maraqlı bir kitab təqdim edirəm. Müəllifi Qafqaza səfərlər etmiş alman şərqşünası, dilçisi və səyyahı Yulius fon Klaprotdur.
"1807 və 1808-ci illərdə Rusiya hökumətinin əmri ilə Qafqaz və Gürcüstana edilən səyahətlər" adlı kitab Almaniyada 1812–1814-cü illər arasında iki cilddə nəşr edilib. Elektron formada kitabı oxumaq üçün
Yulius fon Klaprotun bu əsəri XIX əsr Azərbaycan tarixini öyrənmək üçün ən fundamental mənbələrdən biri sayılır. Onun fərqi ondadır ki, o, sadəcə bir turist deyil, peşəkar bir alim gözü ilə müşahidələr aparıb.
Klaprot Azərbaycanı köklü bir tarixə, zəngin mədəniyyətə və vahid bir dilə malik, lakin o dövrün geosiyasi fırtınaları içində çabalayan böyük bir coğrafiya kimi qələmə verib. Onun kitabı azərbaycanlıları "sadəcə bir etnos" kimi deyil, öz dövlətçilik ənənəsi olan bir xalq kimi tanıdır.
Müəllif azərbaycanlıların xarici görkəmini digər türk tayfalarından fərqləndirir. O qeyd edir ki, bu xalqın nümayəndələri hündür boyu, qarabuğdayı bənizi və kəskin üz cizgiləri ilə seçilirlər. Onların hərəkətlərindəki kübarlıq və məğrurluq Klaprotun xüsusi diqqətini çəkmişdi.
Klaprot Azərbaycan şəhərlərini qədim sivilizasiya mərkəzləri kimi təqdim edir.O, Azərbaycan türklərini Səlcuqlardan və daha qədim yerli tayfalardan gələn böyük bir kütlə kimi təqdim edir. Müəllif vurğulayır ki, bu xalq Qafqazın dağlı xalqlarından fərqli olaraq, şəhər mədəniyyətinə, yazılı ədəbiyyata və köklü bir tarixə malikdir.
Klaprot Azərbaycanın qədim tarixini (Midiya və Albaniya dövrünü) o dövrün mənbələri ilə müqayisə edir. O, Azərbaycanın "Odlar Yurdu" adlandırılmasının təsadüfi olmadığını, yerdən çıxan təbii alovların bu xalqın minillik inanc və mədəniyyət tarixinə necə təsir etdiyini elmi şəkildə əsaslandırmağa çalışır.
Klaprot bir dilçi olduğu üçün sadəcə "tatar" adı ilə kifayətlənmir. O, xalqın mənşəyini araşdırarkən onları Türk tayfalarının törəmələri kimi xarakterizə edir. O vurğulayır ki, bu xalqın danışdığı dil təmiz türk ləhcəsidir
Klaprot qeyd edir ki, Azərbaycan dili bütün Qafqazda millətlərarası ünsiyyət vasitəsidir. O yazır ki, Dağıstanın dağlı xalqlarından tutmuş gürcülərə, ermənilərə və rus administrasiyasına qədər hər kəs bu dili bilməyə məcburdur.
O, azərbaycanlıların təkcə danışıq dilinə deyil, həm də zəngin yazılı ədəbiyyata malik olduğunu yazır.
O, Azərbaycan dilinə aid 200-dən çox təmiz türk mənşəli sözü (rəqəmlər, bədən üzvləri, ailə üzvləri: ana, ata, qardaş, göz, əl, bir, iki və s.) alman və rus dillərinə tərcümə edərək siyahıya alıb.
Klaprot Azərbaycan dilini digər türk dillərindən fərqləndirən əsas cəhətin onun Oğuz-Türkmən bazası olduğunu yazır. Klaprotun gözündə Azərbaycan dili qədim türk kökləri üzərində ucalan, lakin Qafqazın yerli ruhu və İslamın elmi zənginliyi ilə cilalanmış bir sivilizasiya dilidir.
Klaprot yazır ki,erməni ailələri və icmaları Rusiya-Persiya müharibələri dövründə və ondan əvvəl müxtəlif istiqamətlərə, o cümlədən Qafqaza dağıldığını və burada məskunlaşmağa başladıqlarını təsdiq edir.
Klaprotun ən diqqətçəkən faktlarından biri İrəvan xanlığı və ətraf ərazilərlə bağlıdır. O, qeyd edir ki, bu torpaqlar Azərbaycan türklərinə aiddir və buranın idarəetməsi, ordusu və torpaq sahibləri onlardır.
Erməniləri isə bu bölgədə daha çox ticarət və sənətkarlıqla məşğul olan, lakin torpağın əsl sahibi olmayan, müxtəlif dövrlərdə buraya sığınmış və ya köç etmiş bir azlıq kimi təsvir edir.
Klaprot Azərbaycanı regionun müharibələr ilə dolu olan coğrafiyada oturuşmuş dövlətçilik təfəkkürünə malik yeganə güc mərkəzi kimi təqdim edir.
Kitab çox maraqlıdır və Qafqazın ümumi xəritəsini göstərir. Oxumağınız məsləhətdir.
Zaur Əliyev, tarixçi
Избранный
43
news365.az

1Источники