“Traktor” İran çempionatının 20-ci turunda “Fəcr Sepasi” ilə qarşılaşıb.
Geridə qalan 19 turda yanlız noyabrda - 10-cu turda “Xeybər”ə məğlub olan Təbriz təmsilçisi bu dəfə də meydandan xalsız ayrılıb - 1:2. Buna baxmayaraq, Skoçiçin komandası hələ də liderliyi qoruyur.
Fevralın 10-da Qətərin “Əl-Sədd” komandasını ÇL-də qəbul edəcək “Traktor” çempionatın növbəti turunda “Fulad”la oyuna evsahibliyi edəcək. Təbrizlilər “Sepahan” və “İstiqlal”la 35 xalla ilk“üçlüy”ü bölüşsə də, top fərqinə görə “Traktor” liderdi.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта