RU

“Epşteyn işi”: Britaniya Baş nazirinin başı bəlada: Aparat rəhbəri...

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Britaniya Baş naziri Kir Starmerin aparat rəhbəri, 2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdə qələbəsinin memarı hesab edilən Morqan MakSuini BBC-yə istefa verdiyini açıqlayıb. Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Leyborist Partiyasının üzvü olan bu irlandiyalı məsuliyyəti öz üzərinə götürüb.

Xəbərdə qeyd olunur ki, M.Marksuini amerikalı cinsi cinayətkar Ceffri Epşteynlə uzunmüddətli dostluğuna görə vəzifəsindən kənarlaşdırılmış keçmiş nazir və Avropa komissarı Peter Mandelsonun əlaltılarından biri olub. 2024-cü ilin sonunda Xarici İşlər Nazirliyinin və Kir Starmerin kabinetinin bir neçə üzvünün məsləhətinə zidd olaraq Mandelsonun Vaşinqtona səfir təyin olunmasını təmin edən Morqan MakSuini olub.

Cənab Mandelson Vaşinqtonda cəmi altı ay işləyib. Kir Starmer onu 2025-ci ilin sentyabrında qəfildən işdən çıxarıb. Bu, ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı ilk açıqlama dalğasından sonra baş verib. Bu açıqlama milyarderlə britaniyalı şəxsin əvvəllər etiraf etməyə hazır olduğundan daha yaxın münasibətlər olduğunu göstərdi. Morqan MakSvini BBC-yə göndərdiyi açıqlamada bildirib: "Mən Baş nazirə bu təyinatı etməyi məsləhət gördüm və bu məsləhətə görə tam məsuliyyəti öz üzərimə götürürəm". O, həmçinin qərarın "səhv" olduğunu etiraf edib:

Bu, bizim (Leyborist) partiyamıza, ölkəmizə və siyasətə olan inamımıza zərər verdi".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
bakivaxti.az

2Источники