RU

Avstriyalı snoubordçu Qış Olimpiya Oyunlarının ən yaşlı qalibi oldu

Avstriyalı snoubordçu Benyamin Karl fərdi idman növündə Olimpiya Oyunlarının ən yaşlı qalibi olub.
 
Moderator.az bu barədə TASS-a istinadən xəbər verir.
 
Fevralın 8-də B.Karl paralel nəhəng slalom yarışında 40 yaş 115 günlüyündə Olimpiya qızıl medalını qazanıb.
 
Bundan əvvəlki rekord 2014-cü ildə Soçidə keçirilən Olimpiya Oyunlarında norveçli Ule-Eynar Björndalen müəyyən etmişdi. O, xizək yürüşünün sprint növündə 40 yaş 12 günlüyündə qalib gəlmişdi.
 
Избранный
18
1
moderator.az

2Источники