RU

Alimlər sübut etdi: “tənbəllik” əslində faydalıdır

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Araşdırmalar göstərir ki, istirahət və fasilələr tənbəllik yox, psixikanın bərpası üçün vacib mərhələdir.

Milli.Az xəbər verir ki, alimlərin apardığı tədqiqatlara əsasən, sakitlik vəziyyətində beyin stress səviyyəsini azaldır, sinir əlaqələrini "yenidən yükləyir" və narahatlıqla, həmçinin informasiya yüklənməsi ilə daha effektiv mübarizə aparır.

Mütəxəssislərin fikrincə, fasiləsiz işləmək zehni yorğunluğu artırdığı halda, qısa pauzalar diqqəti bərpa edir, emosional tarazlığı gücləndirir və uzunmüddətli məhsuldarlığı yüksəldir. Araşdırmalarda vurğulanır ki, beyin üçün dincəlmə vaxtı ən azı aktiv çalışma qədər əhəmiyyətlidir.

Alimlər bir məqama xüsusi diqqət çəkir: istirahət faydalıdır, lakin onun da ölçüsü olmalıdır. Həddindən artıq passivlik əks təsir göstərə bilər. Əsas məsələ balansı qorumaqdır - vaxtında işləmək və vaxtında dayanmağı bacarmaq./Musavat.com

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
news.milli.az

2Источники