ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Alimlər Ukraynada davam edən münaqişə nəticəsində tərk edilmiş ev itlərinin görünüşündə dəyişikliklər qeydə alıblar. Tədqiqatçıların fikrincə, onlar vəhşi əcdadlarına daha çox bənzəməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti "Evolutionary Applications" jurnalında dərc olunmuş məqaləyə istinadən məlumat yayıb.
Bildirilib ki, könüllülər və baytarlareUkraynanın doqquz bölgəsinin potensial təhlükəli ərazilərində 763 küçə itindən toplanmış məlumatı təhlil ediblər. Nəticələrə görə, münaqişə zonasında qalan itlər qısa müddət ərzində vəhşi əcdadlarına - canavarlara, koyotlara və dinqolara daha çox bənzəyiblər.
Tədqiqatçılar qeyd ediblər ki, müharibə zonalarında yaşayan itlərin ağızları müxtəlif ev itlərindən fərqlənməyə başlayıb. Onların qulaqları da dəyişib: sivri qulaqlar daha çox yayılıb. Bundan əlavə, Ukraynadakı küçə heyvanlarının bədən çəkisi azalıb. Mütəxəssislərin fikrincə, bu onların sağ qalmasına kömək edir.
Alimlər dik qulaqlar, düz quyruqlar və daha az ağ xəz kimi "vəhşi" fenotip xüsusiyyətlərinə malik itlərin cəbhə xəttində sağ qalma ehtimalının daha yüksək olduğunu qeyd ediblər. Onun sözlərinə görə, döyüş heyvanlar üçün güclü təkamül filtri rolunu oynayıb və onlarda ekstremal şəraitdə sağ qalmağa kömək edən xüsusiyyətlər yaradıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.