RU

JP: İsrail İrana mümkün zərbə barədə ABŞ-ni xəbərdar edib...

Təl-Əviv Tehranın müəyyən edilmiş “qırmızı xətləri” keçəcəyi halda təkbaşına hərbi əməliyyata hazır olduğunu Vaşinqtona çatdırıb...

İsrail hakimiyyəti İranın raket proqramı ilə bağlı vəziyyət kəskinləşərsə, ABŞ-nin iştirakı olmadan da hərbi zərbə endirməyə hazır olduğunu Vaşinqtona bildirib.

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post (JP) qəzeti İsrailin güc strukturlarındakı mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, İsrail tərəfi ABŞ-li rəsmilərlə təmaslarda açıq şəkildə bəyan edib ki, Tehran ballistik raketlərlə bağlı İsrail tərəfindən müəyyən edilmiş “qırmızı xətləri” keçərsə, cavab zərbəsi müstəqil şəkildə endiriləcək. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, bu mövqe amerikalı tərəfdaşlara birbaşa və birmənalı formada çatdırılıb.

Mənbələrin sözlərinə görə, İsrail hərbçiləri ABŞ tərəfinə İranın raket istehsalı və infrastrukturunun əsas obyektlərini hədəf alan bir neçə əməliyyat planı təqdim ediblər. İsrailli rəsmilərdən biri hazırkı mərhələni İranın raket potensialına ciddi zərbə vurmaq üçün “tarixi fürsət” kimi dəyərləndirib.

Bununla yanaşı, Yerusəlimdə ABŞ-nin mümkün hərbi addımları ilə bağlı narahatlıq da ifadə olunub. İsrail tərəfi hesab edir ki, Vaşinqton yalnız məhdud miqyaslı zərbələrlə kifayətlənə və bununla da əsas təhlükəni tam aradan qaldırmaya bilər. İsrailli hərbi mənbə qeyd edib ki, ABŞ bir neçə hədəfi vurub əməliyyatı uğurlu elan edə, nəticələrin idarə olunmasını isə İsrailin üzərinə buraxa bilər.

Məlumatda vurğulanır ki, bu yanaşma İsrail üçün uzunmüddətli təhlükəsizlik riskləri yarada bilər və məhz bu səbəbdən Təl-Əviv İranın raket proqramına qarşı daha genişmiqyaslı və həlledici addımların vacibliyini önə çəkir.

Poliqon.info

Избранный
54
poliqon.info

1Источники