RU

İspaniya La Liqası: “Atletiko” evdə uduzub, “Real Madrid” səfərdə qalib gəlib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 fevral, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında XXIII turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Alaves" öz meydanında "Xetafe"yə 2 cavabsız qolla uduzub - 0:2.

“Jirona” səfərdə “Sevilya” ilə heç-heçə edib. Görüş 1:1 hesabı ilə bitib.

“Atletik” evdə “Levante”yə 4:2 hesabı ilə qalib gəlib.

Günün əsas qarşılaşmasında isə “Atletiko” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.

Sonuncu oyunda “Real Madrid” “Valensiya”nın qonağı olub. Görüş Madrid təmsilçisinin 2:0 hesablı qalibiyyəti ilə bitib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
5
azertag.az

6Источники