RU

Arda Güler fiziki testlərdə komanda yoldaşlarını qabaqladı

“Real Madrid”in yarımmüdafiəçisi Arda Güler dözümlülük sınağında hamıdan yaxşı nəticə göstərib.

İdman.Biz xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bildirilir ki, türkiyəli futbolçu fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusun keçirdiyi testlərdə ən yüksək göstəricilərə sahib olub. Məşqlərə metabolik maskalarla aparılan tapşırıqlar da daxil idi.

İtaliyalı mütəxəssis baş məşqçi postundan Xabi Alonsonun ayrılmasından sonra vəzifəsinə geri qayıdıb. O, mövsümün gedişində yüklənməni artırması ilə tanınır.

Cari mövsümdə Güler Madrid klubunun heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, üç qol vurub və 12 məhsuldar ötürmə edib.

İdman.Biz
Избранный
35
1
idman.biz

2Источники