Tibb mütəxəssisləri əl barmaqlarının formasının dəyişməsinin ağciyər xərçənginin əlaməti ola biləcəyini bəyan ediblər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" qəzeti Roy Kasl Ağciyər Xərçəngi ilə Mübarizə Fonduna istinadla məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, ağciyər xərçəngini erkən mərhələdə müəyyən etməyə kömək edən və potensial olaraq həyat qurtara biləcək sadə bir test mövcuddur.
Bu test sağ və sol əlin barmaq dırnaqlarını uc-uca bir-biri ilə tutuşduraraq onları bir-birinə sıxmaqdan ibarətdir.
Fotodakı kimi: