Yarımmüdafiəçi Koul Palmer “Çelsi”nin Premyer Liqada het-trik rekordçusu olub.
"Ölkə.az" xəbər verir ki, 25-ci turda “Vulverhempton”a qarşı (3-1) matçda ingilis ilk 38 dəqiqədə üç qol vurub.
Bu, Palmerin London klubunda dördüncü het-trikidir. “Squawka”nın məlumatına görə, liqada “Çelsi”nin heç bir oyunçusu bu qədər het-trik etməyib.
Palmer 2023-cü ilin payızından bəri “Çelsi”nin oyunçusudur. Londonlular “Mançester Siti”nin yetirməsinin transferi üçün 47 milyon avro ödəyiblər. Bu mövsüm oyunçu bütün turnirlərdə 17 oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.