RU

Ukraynada 5 nəfərin ölkədən qaçmasına kömək edən Macarıstan vətəndaşı saxlanılıb

BAKI, 9 fevral. TELEQRAF

Macarıstan Ukraynada saxlanılan öz vətəndaşına konsulluq yardımı göstərəcək. Həmin şəxs cəbhəyə göndərilməkdən ehtiyat edən beş ukraynalının ölkədən qaçmasına kömək etmək istədiyinə görə həbs olunub.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ukraynalılar məcburi hərbi çağırışdan yayınmaq üçün çarəsiz şəkildə ölkəni tərk etməyə çalışırlar. O qeyd edib ki, Ukrayna hakimiyyəti yaxın vaxtlarda Macarıstan vətəndaşını saxlayıb, lakin Bereqovo şəhərindəki Macarıstanın baş konsulluğu dərhal ona konsulluq müdafiəsi göstərib və hazırda polis araşdırması zamanı hüquqi yardım edilir.

Macarıstan XİN rəhbəri hesab edir ki, bu hadisə müharibənin mümkün qədər tez başa çatmalı olduğunu və məcburi hərbi çağırışın dərhal dayandırılmasının vacibliyini açıq şəkildə göstərir.

Избранный
64
teleqraf.com

1Источники