İngiltərəli futbolçu Dele Alli Londondakı kazinolardan birində gecə saatlarında keçirilən poker oyunlarında təxminən 150 min funt sterlinq itirib.
Offsideplus.az xəbər verir ki, futbolçunun bir gecədə itirdiyi məbləğ təxminən 25 min funt olub.
Kazinoya davamlı gələn bəzi oyunçuların isə Allini yüksək məbləğlə oynayan iştirakçılar üçün istifadə olunan “whale” (iri xərcli oyunçu) termini ilə adlandırdığı bildirilir.