RU

Lavrov Epşteyn işi ilə bağlı “rus izi” iddialarına istehza ilə cavab verib

Rusiya XİN rəhbəri Epşteyn işində “rus izi” ilə bağlı iddialara Vladimir Vısotskinin misrası ilə cavab verib...

Poliqon xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində amerikalı maliyyəçi Ceffri Epşteynin işi ətrafında səsləndirilən “rus izi” iddialarına istehzalı münasibət bildirib. Nazir bu mövzunu məşhur şair və ifaçı Vladimir Vısotskinin “Dosta məktub, yaxud Parisdən eskiz” mahnısından bir misra ilə şərh edib.

“Bütün bu qarışıqlıq içində hansısa ‘rus izləri’ axtarmağa çalışırlar. Vısotskinin dediyi kimi, ‘planet üzrə nüfuzumuz uzaqlardan xüsusilə nəzərə çarpır’”, deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Epşteyn işi ilə bağlı ortaya atılan iddialarda məntiqdən çox siyasi manipulyasiya elementləri üstünlük təşkil edir və bu cür yanaşmalar reallığı təhrif edir.

Qeyd edək ki, fevralın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Ceffri Epşteyn işi ilə bağlı açıqlama verib. O, Epşteynin azyaşlıların istismarı ilə bağlı ittihamlarının artıq “mifik sui-qəsdlər” mövzusu olmadığını, əksinə, müasir dövr üçün “şərin dominantasının” simvoluna çevrildiyini bildirib.

Bundan bir gün əvvəl ABŞ-nin keçmiş prezidenti Bill Klinton 1993–2001-ci illərdə dövlət başçısı olduğu dövrü xatırladaraq, Epşteyn işi üzrə bütün materialların tam şəkildə ictimailəşdirilməsinə çağırış edib. O, həmçinin Konqresdə Epşteynlə əlaqələri barədə verdiyi ifadələrin açıq dinləmələr formatında keçirilməsini tələb edib.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники