RU

Azərbaycan millisi "Böyük Dəbilqə" turnirində 3-cü yeri tutdu

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatıb.

Hakimiyyet.az xəbər verir ki, yarışın son günündə Zelim Tçkayev (81 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib olublar.

Böyük Dəbilqə turnirini bir dəst medalla başa vuran Azərbaycan millisi 78 ölkə arasında kişilərin mübarizəsində ikinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.

Избранный
41
2
hakimiyyet.az

3Источники