RU

"İnter" "Sassuolo"nu darmadağın edib

İtaliya A Seriyasının XXIV turunun ilk oyunu olan "Sassuolo" və "İnter" arasında keçirilən oyun başa çatıb.

"Far.Az" xəbər verir ki, matç "qara-mavilər"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Belə ki, hesabı 11-ci dəqiqədə "İnter"in müdafiəçisi Yann Bissek açıb. Daha sonra Markus Turam, Lautaro Martinez, Manuel Akanji və Luis Enrike fərqlənib.

Beləliklə, "İnter" 24 oyunda 58 xal qazanıb və A Seriyasında turnir cədvəlində birinci yeri tutur. 29 xalla "Sassuolo" 11-ci yerdədir.

Избранный
58
far.az

1Источники