İsveçrənin Krans-Montana kurortunda bar yanğınında həlak olanların xatirəsinə ucaldılmış abidə yanıb, lakin xəsarət alan olmayıb.
Ucnoqta.az bildirir ki, Valais kanton polisi bu barədə məlumat verib.
"Təcili yardım xidmətlərinin təcili müdaxiləsi sayəsində yanğın tez bir zamanda söndürülüb. Xəsarət alan olmayıb. Yanğında bir neçə xatirə əşyası zədələnib. Başsağlığı kitabı xilas edilib", - deyə polisin açıqlamasında bildirilir.
İlkin məlumatlara görə, yanğına abidənin mərkəzinə qoyulmuş şamlar səbəb olub.