RU

Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır - İcma

Bakı. Trend:

Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezident Ceyms DevidVensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanatünvanlayıb.

Trend xəbər verirki, bəyanatda ABŞ-ın vitse-prezidentinə müraciətlə deyilir:

“Hörmətli cənab Vens,

Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədəeşitdik.

“Odlar Yurdu”na xoş gəlirsiniz. Azərbaycan sülhpərvərməmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilərsülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailədəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən birölkədir.

Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Taclamünasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikanaçoxsaylı yüksəksəviyyəli səfərlər edilmişdir.

Keçən il Bakıda “İsa Məsihin son Zaman MüqəddəsləriKilsəsi”sinin Bakı ofisinin açılış mərasimi keçirilmişdir. Eynizamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdətutulur.

Keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyiucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbiazərbaycanlılar deportasiyaya məruz qalmış, kəndləri, yurd yerləriboşaldılmış, yandırılmış, talan olunmuş, məscidləri, mədəni irsidağıdılmışdır. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilmiş,tarixi saxtalaşdırılmışdır. Xüsusilə, İrəvanda azərbaycanlılaraməxsus Göy Məscidin mahiyyəti dəyişdirilmişdir.

Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinəinteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-babayurdlarını unutmamış, daim ora dönmək arzusu ilə yaşamışlar.

Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiasıyoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Taməksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti cənab İlhamƏliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcədə ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edənAzərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər.

Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqtongörüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığıBirgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülhmüqaviləsinin paraflanmasını alqışlayırıq.

Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistanarasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkəarasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarətəlaqələrinin başlanmasını tam dəstəkləyirik.

Biz, eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə TrampMarşrutu”nun tezliklə reallaşmasını gözləyirik.

Hörmətli cənab Vens,

Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldəolunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbiazərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-babayurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpaedəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləribərpa edəcək.

Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusiləABŞ-ın dəstəyinə ehtiyacımız vardır.

Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalqarasında münasibətlərin normallaşması, iqtisadi-ticarətəlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanmasıprosesinə böyük töhfə verəcəkdir”.

Избранный
43
14
az.trend.az

10Источники