RU

Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Fevralın 8-də "Virgin Atlantic" aviaşirkətinə məxsus təyyarənin komandiri London-Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi enişlə bağlı müraciət edib.

Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, "Airbus A350" tipli təyyarə yerli vaxtla saat 21:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

"Enişdən dərhal sonra sərnişinə tibb xidməti tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir", - məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
33
oxu.az

10Источники