RU

Rəşad Sadıqov: "Sumqayıt"la matçda top fərqi daha böyük ola bilərdi"

Misli Premyer Liqasının XIX turunda baş tutan "Sumqayıt" - "Zirə" matçında (2:3) top fərqi daha böyük ola bilərdi.

"Report" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis hər iki komandanın baxımlı oyun nümayiş etdirdiyini bildirib:

"Düşünürəm ki, hər iki komandanın ifasında baxımlı bir oyunun şahidi olduq. Həm 'Zirə', həm də 'Sumqayıt' daha çox texnikalı və kombinasiyalı futbol nümayiş etdirirdi. İlk hissə bizim üçün daha uğurlu keçdi, rəqibdən üstün idik. Bəlkə də hesab fərqi daha böyük ola bilərdi, lakin fasiləyə bir top üstünlüklə yollandıq".

R.Sadıqov ikinci hissədəki çətinliklərə və komandasının reaksiyasına da toxunub:

"İkinci hissəyə rəqib çox fəal başladı. Həmin dəqiqələrdə biz bir qədər passivləşdik və düzgün reaksiya vermədiyimiz üçün qol buraxdıq. Lakin buraxılan qoldan sonra futbolçularımın verdiyi reaksiya yaxşı idi. Yenidən oyunu nəzarətimizə götürdük və hücumlar təşkil etdik. Oyunun son dəqiqələrində rəqibin standart vəziyyətlərdən təhlükəli anları olsa da, ümumilikdə qələbəyə layiq idik. Olduqca önəmli bir qələbə qazandıq. Futbolçularıma göstərdiyi oyuna görə təşəkkür edirəm".

Избранный
42
2
far.az

3Источники