RU

Pxuket sahillərində təhlükəli maddə daşıyan gəmi batıb

Pxuket sahillərində 14-ü təhlükəli maddə olmaqla 290 konteyner daşıyan gəmi batıb.

"Far.Az" xəbər verir ki, bu barədə Pxuket əyalət administrasiyasının informasiya mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Panama bayrağı altında üzən 4 339 tonluq "Sealloyd Arc" gəmisi Ko Keo Noy adası yaxınlığında batıb.

Təhlükəli maddələrin olduğu konteynerlərin əksəriyyəti gəmi ilə birlikdə batıb, bəziləri isə hələ də fəlakət zonasında üzür.

Избранный
48
1
far.az

2Источники