RU

Cəlilabadda qəza oldu - Xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Təklə–Bayxanlı avtomobil yolunun Mədətli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, Kamran Məlikovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hasara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 08.02.2026-cı il tarixində saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət  alan 2008-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona baş və boyunun küt travması diaqnozu təyin edilib. 

Pasiyentə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Избранный
87
2
unikal.az

3Источники