RU

Hər xeyirin başı...

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əgər sən bir şeyi görmürsənsə, bu heç də o demək deyil ki, sənin görmədiklərin yoxdur. Uzaqbaşı sən görə bilmirsən və ya o görə bilmədiklərin sənin görmək imkanların xaricindədir.

“Bismillah hər xeyirin başıdır” buyurub böyüklərimiz. Evin bünövrəsini qazanda “Bismillah” deməmiş işə başlamayıblar; Qapıdan çıxıb bir səfərə gedəndə “Bismillah”sız addım atmayıblar; “Bismillah” deməmiş süfrəyə əl uzatmayıblar. Deyiblər ki, “Bismillah”sız yeyilən yeməyə şeytan ortaq olar.

Bir xeyir iş başlayırsan, ya toy edirsən, ya ev tikirsən, ya səfərə çıxırsan. “Bismillah”la başlamaq, yəni, Allahı çağıraraq başlamaq Allahı şahid tutmaqdır, Ondan xeyir-bərəkət diləməkdir. Əgər səfərə “Bismillah”sız çıxsan, yol yoldaşın şeytan olar. Əgər evi “Bismillah”sız tiksən, otaq yoldaşın şeytan olar.

Böyüklərimiz bunu da dönə-dönə vurğulayıblar ki, evliliyi, izdivacı “Bismillah”sız başlamayın. Çünki “Bismillah”la təməli atılan ailə möhkəm olar. “Bismillah”dan uzaq olan ailə isə şeytana yaxın olar.

Şeytan damarlarımızda dolaşır. Ancaq könlümüzü, niyyətimizi bilmir. O bizi davranışlarımızdan tanıyır. Əgər birini Allaha yaxın görsə ondan qaçar. Bilər ki, ondan şeytana xeyir yoxdur. Yox, əgər birini Allahdan uzaq görsə, şeytan eləsinin alnından öpər. Yeməyinə, içməyinə, paltarına ortaq olar.

Əgər imanlı insan şeytana dərddirsə, şeytan da imansız insana dərddir. Yəni, burada razılaşma, bərabərlik yoxdur. Ya sən onu qəmgin edəcəksən, ya da o səni...

Yəni, şeytanla mübarizədə razılaşma yoxdur, bərabərlik yoxdur. Özü də hər gün gözünü açdığın, yerindən qalxdığın andan sizin aranızda mübarizə başlayar və sən canını Allaha tapşırana qədər şeytan səndən əl çəkmir.

İndi kimsə düşünə bilər ki, Allah (c.c.) bu qədər şər işlə məşğul olan şeytanı niyə yaradırdı? Əslində, bu sualın çox sadə bir cavabı var: Bəs insanlar bir-birindən necə seçilsinlər? Allahdan qorxan və bu qorxu ilə ömrünü günahdan uzaq yaşayan birisi ilə hər şeyin rahatına qaçan, nəfsinə bir dəfə də “çor” deməyən birisinin sonu eyni olsa, “Ədalət harada qaldı?” - deməzsinizmi? - Əlbəttə ki, deyərsiniz.

Bir alim də deyir ki, şeytan Allahın itidir. O it sənə cumur ki, parçalasın. Sən də o itdən qurtarmaq üçün gərək o itin sahibinə, yəni, Allaha sığınasan ki, zərər görməyəsən...

Allaha sığınmaq insanın qurtuluş yoludur, Allaha sığınan insan əmin-amanlıq içindədir. Odur ki, hər işə “Bismillah”la başlayaq, hər niyyəti Allahın adı ilə bağlayaq.

“Bismillah" Allahı xeyir işinə şahid tutmaqdır. Allahı şahid tutmasan, şeytan ortağın olar. Seçim hər kəsin özünə aiddir. Seçən seçdiyi ilə birlikdədir. Buna əmin olaq. Vəssalam!..Murad Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
1
yeniavaz.com

2Источники