RU

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, idmançı finalda Yuhei Onoya (Yaponiya) məğlub olub.

Bu gün tatami üzərinə çıxan digər cüdoçular isə 1/8 finalda məğlub olublar.

100 kq çəki dərəcəsində yarışan Əjdər Bağırov italiyalı Cennaro Pirelliyə uduzub. +100 kq çəki dərəcəsində yarışan Uşanqi Kokauri yaponiyalı Kanta Nakanoya, Kənan Nəsibov isə Perulu cüdoçu Messe Bessonqa məğlub olub.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan "Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

Избранный
18
11
fanat.az

10Источники